Domino oyununun sonu qətl oldu

22 Avqust 2026, 00:50

Gəncədə qətl hadisə baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “2705” dairəsi adlanan ərazisində qeydə alınıb.

Qətlə yetirilən 65 yaşlı M. Musayevlə hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı N. İgəndərovun arasında çayxanada domino oynayarkən mübahisə yaranıb.

Bu zaman çayxanada olanlar hər iki şəxsi sakitləşdirilib. Sonradan tərəflər arasında yenidən dava düşüb.

Mübahisə zamanı 66 yaşlı N. İsgəndərov 65 yaşlı M. Musayevə bıçaqla xəsarət yetirib.

O xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə hər iki şəxsin tanışlıq münasibətləri olub. Onlar hadisənin baş verdiyi çayxanaya tez-tez domino oynağa gəliblər.

Faktla bağlı araşdırma aparılır.