Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının başqa silahlı birləşmələrə ezam edilməsi də nəzərdə tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Belə ezam edilmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə həyata keçirilir.
Bu zaman digər silahlı birləşmələrin rəis müavinlərinin sərəncamları da əsas götürülür.
Beləliklə, müddətli hərbi qulluqçuların digər qanuni silahlı birləşmələrdə xidmət keçməsi üçün hüquqi mexanizm müəyyən edilir.