Hərbi qulluqçular təşkilati tədbirlərlə əlaqədar başqa hərbi hissəyə keçirilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Xidmət yerində hərbi qulluqçunun ixtisasına, hazırlıq səviyyəsinə və iş təcrübəsinə uyğun vakant vəzifə olmadıqda belə yerdəyişmə həyata keçirilə bilər.
Müəyyən xidmət müddəti olan yerlərdə həmin müddətin başa çatması da başqa hərbi hissəyə keçirilməyə əsas yaradır.
Həmçinin ər və ya arvadın yeni xidmət yerinə keçirilməsi ilə əlaqədar hərbi qulluqçunun yerdəyişməsi mümkündür.
