Zabit ehtiyatına daxil edilən hər bir hərbi qulluqçu üzrə konkret vəzifəyə və ya təhsilə hazırlıq tədbirləri müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Attestasiya nəticələrinin həyata keçirilməsi və namizədlərin ehtiyatının yaradılması üçün perspektiv planlar hazırlanır.
Bu planlar hərbi hissələrdə, birləşmələrdə, orqanlarda, müəssisələrdə və hərbi təhsil müəssisələrində işlənib hazırlanır.
Perspektiv planların sərbəst formada hazırlanmasına yol verilir.
