Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifələrə təyin edilməsi üzrə səlahiyyətlər konkret komandir və rəislər arasında bölüşdürülür. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Manqa komandirlərini və onlara uyğun vəzifələri müəyyən səlahiyyətlərə malik əlahiddə hissə komandirləri və yuxarı səlahiyyətli rəislər təyin edə bilərlər. Taqım komandirlərinin müavinləri və onlara bərabər vəzifələrə təyinat isə alay və briqada komandirlərinə, eləcə də onlara bərabər və ya daha yuxarı səlahiyyətli rəislərə həvalə olunur. Beləliklə, müddətli xidmət hərbçilərinin təyinatı onların vəzifə səviyyəsinə uyğun səlahiyyət bölgüsü əsasında həyata keçirilir.
