Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün birbaşa rəisləri tərəfindən təqdim olunurlar. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Hərbi vəzifələr, bir qayda olaraq, həqiqi hərbi xidmətdə olan müvafiq heyətə aid şəxslərlə komplektləşdirilir. Müvafiq ixtisası və iş təcrübəsi olan mülki mütəxəssislər istisna hal kimi müvəqqəti vəzifəyə təyin edilə bilərlər. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi və xidmət üzrə yerdəyişməsi zamanı onların əsas və ya yaxın ixtisasından və mövcud təcrübəsindən istifadə olunması təmin edilməlidir.