Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular müəyyən edilmiş müddət başa çatdıqdan sonra əvvəlki rütbələrində bərpa edilirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bərpa qərarı rütbənin aşağı salınması barədə qərar qəbul etmiş və ya ona bərabər və daha yüksək səlahiyyətə malik rəislərin əmrləri ilə rəsmiləşdirilir. Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti rütbə verilənə qədər onun rütbəsinin təkrar aşağı salınmasına yol verilmir. Bu qayda hərbi qulluqçunun rütbə üzrə hüquqlarının qorunmasını təmin edir.