Fövqəladə hallar zamanı insanların vağzal binasından təhlükəsiz təxliyəsinin idarə edilməsi kompleksi təhlükəsizlik sisteminə daxil edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Təxliyə sistemi normal istismar rejimində bağlı olan qapıların fövqəladə vəziyyət zamanı avtomatik açılmasını təmin etməlidir. Sistem insanlara təxliyə yollarının yerləşməsi və istiqaməti barədə məlumat verməlidir. Təxliyə yolları elektron məlumatlandırma vasitələri və müstəqil mənbədən qidalanan elektrik lampaları ilə təchiz olunmalıdır. Bununla yanaşı, təhlükəsizlik və kommunikasiya vasitələrinin yerləşdiyi sahələr müvafiq nişan və işarələrlə göstərilməlidir.
