Vağzal binalarında yanğına davamlılıq, yanğının yayılmasının qarşısının alınması və insanların təxliyəsi üzrə xüsusi tələblər müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Hündürlüyü 18 metr və daha çox olan vağzal binalarına hər tərəfdən yanğınsöndürən maşınların yanaşması təmin edilməlidir. Daha alçaq binalarda yanğın texnikasının bir tərəfdən yanaşmasına yol verilir. Vağzal binalarında insanların, o cümlədən əlilliyi olan şəxslərin yanğın zamanı xəbərdar edilməsi və təxliyəsinin idarə olunması sistemi yaradılmalıdır. Yanğından mühafizə sisteminə tüstüdən mühafizə, daxili yanğınsöndürmə su xətti, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiyası kimi vasitələr daxil edilməlidir.
