Həcmi 5000 kubmetr və daha böyük olan vağzal binalarında yanğın əleyhinə daxili su kəmərləri quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Binanın həcmi 5000-25 000 kubmetr olduqda daxili yanğınsöndürmə üçün tələb olunan su sərfi saniyədə 2,5 litr, yəni bir su şırnağı qəbul edilməlidir.
Həcmi 25 000 kubmetrdən çox olan binalarda isə su sərfi saniyədə 5 litr, hər biri 2,5 litr olan iki su şırnağı hesabı ilə götürülməlidir.
Avtomatik yanğınsöndürmə sistemləri TNvəQ 2.08.02 və TNvəQ 2.04.09-un tələblərinə uyğun quraşdırılmalıdır.
Layihələndirmə zamanı yanğın kranları ilə sprinkler və ya drençer su qurğularının eyni vaxtda fəaliyyəti də nəzərə alınmalıdır.