Kondisiyalaşdırma sistemi ilə təchiz edilmiş otaqların pəncərələrinin şəffaf örtüklü daxili həyətlərə və atriumlara istiqamətləndirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə pəncərələrin odadavamlılıq həddi 0,5 saatdan az olmamalı və ya onlar avtomatik yanğınsöndürmə sistemi ilə mühafizə edilməlidir.
Yanğın texnikasının iki tərəfdən yaxınlaşmasının mümkün olduğu və yanğınsöndürənlərin küçə tərəfdən avtonərdivanlarla və avtoqaldırıcılarla girişinin təmin edildiyi hallarda avtomatik yanğınsöndürmə sistemi tələb olunmaya bilər.
Tüstünün təbii yolla kənarlaşdırılması üçün daxili həyətin örtüyündə tüstüçəkən dəliklər nəzərdə tutulmalıdır.
Beləliklə, atriumların layihələndirilməsində həm yanğının yayılmasının qarşısının alınması, həm də tüstünün təhlükəsiz kənarlaşdırılması nəzərə alınmalıdır.
