Vağzalın yanğından mühafizə sisteminə tüstüdən mühafizə sistemi, daxili yanğın su xətti və avtomatik yanğınsöndürmə qurğuları daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Sistemə həmçinin yanğınsöndürmə bölmələri üçün liftlər və avtomatik yanğın siqnalizasiyası daxil edilir.
Avtomatik yanğınsöndürmə mövcud olduqda avtomatik yanğın siqnalizasiyasının qurulması tələb olunmur.
İnsanların yanğın barədə xəbərdar edilməsi, təxliyəsinin idarə edilməsi və fərdi və kollektiv mühafizə vasitələri də sistemin tərkib hissəsidir.
Binaların konstruksiyaları və bəzək-tamamlama materialları yanğına və oda davamlılıq tələblərinə cavab verməli, alov və tüstünün yayılmasını məhdudlaşdıran qurğular quraşdırılmalıdır.