Vağzalın vestibülündə, gözləmə zallarında və sərnişinlərin baqajla hərəkət etdiyi digər sahələrdə konstruksiyalar xüsusi mühafizə ilə təmin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Sütunlar, divar çıxıntıları, qapı boşluqları və darvazaların nəqliyyat vasitələri ilə zədələnməsinin qarşısı alınmalıdır.
Eyni tələb mexanizasiya vasitələrinin mümkün təsirlərinə qarşı da tətbiq edilir.
Şüşələnmə döşəmə səviyyəsindən həyata keçirildikdə daxili tərəfdən hündürlüyü ən azı 1,2 metr olan məhəccər nəzərdə tutulmalıdır.
Şəffaf fasad sistemləri tətbiq edilərkən də təhlükəsizlik məqsədilə eyni mühafizə tələbləri nəzərə alınmalıdır.
