Vağzal rəisinin növbə köməkçisinin otağı sərnişin platformasının tipindən asılı olmayaraq platforma ilə eyni səviyyədə yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Vağzal işçiləri üçün məişət otaqları ştat cədvəli nəzərə alınmaqla layihələndirilməlidir.
Bu otaqlar əsas sərnişinlərin istirahət otaqlarından ayrı nəzərdə tutulmalıdır.
Layihələndirmə zamanı TNvəQ 2.08.02 normativ sənədinin tələblərinə əməl edilməlidir.
Beləliklə, vağzal işçiləri və sərnişinlər üçün nəzərdə tutulan məişət sahələrinin funksional ayrılması təmin edilir.
