Nazirlər Kabinetinin qərarları və digər normativ hüquqi aktların hüquqi qüvvəsi də tənzimlənib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Nazirlər Kabinetinin qərarı fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq olunur.
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Nazirlər Kabinetinin qərarına zidd olduqda isə qərar üstün hesab edilir.
Beləliklə, icra hakimiyyəti orqanlarının hüquqi aktları arasında da ardıcıllıq müəyyənləşdirilib.