Dövlət orqanlarının yenidən təşkili zamanı hüquq varisliyi prinsipi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Yenidən təşkil edilən orqanın hüquq varisi əvvəl qəbul edilmiş normativ hüquqi aktlarla bağlı səlahiyyətləri də əldə edir.
Buraya həmin aktlara dəyişiklik etmək, onların qüvvəsini dayandırmaq və ya ləğv etmək hüququ daxildir.
Bu səlahiyyətlər hüquq varisinin fəaliyyət dairəsi çərçivəsində həyata keçirilir.
