Qanunda hüquqi normalar arasında ziddiyyət yarandıqda tətbiq ediləcək prinsiplər müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Eyni hüquqi qüvvəyə malik aktlar arasında sahə normativ hüquqi aktı tətbiq ediləcək.
Eyni akt daxilində ümumi və xüsusi normalar ziddiyyət təşkil etdikdə xüsusi norma üstün olacaq.
Yeni qəbul edilən normativ hüquqi akt da əvvəlki akt üzərində üstün hüquqi qüvvəyə malik olacaq.
