Normativ hüquqi akt layihəsinin razılaşdırılması qanunvericiliklə məcburi olduqda layihə maraqlı dövlət orqanları ilə razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Layihədə digər dövlət orqanları ilə bağlı normativ göstərişlər və ya tapşırıqlar olduqda da əvvəlcədən razılaşdırma aparılır.
Razılaşdırma layihənin normayaratma orqanına təqdim edilməsindən əvvəl həyata keçirilir.
Bu prosedur müxtəlif dövlət orqanlarının səlahiyyətlərinə toxunan müddəaların əvvəlcədən razılaşdırılmasına imkan verir.
