Normativ hüquqi akt layihəsinin uyğunluğunun təmini haqqında arayışda bir sıra məlumatlar əks etdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Arayışda qanun və fərman layihələrinin qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli və ya hazırlanmalı digər qanun və fərman layihələrinin olub-olmaması göstərilir.
Belə layihələr olduqda onların da arayışa əlavə edilməsi nəzərdə tutulur.
Arayışda həmçinin layihənin hansı dövlət orqanları və qurumları ilə razılaşdırıldığı barədə məlumat verilməlidir.