Qanunvericilikdə boşluq müəyyən edilərkən görüləcək tədbirlər də müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Boşluğu aşkar edən subyekt bu barədə səlahiyyətli normayaratma orqanına məlumat verməlidir.
Məlumat konkret ictimai münasibətlərin tənzimlənməsinə cavabdeh orqana təqdim olunacaq.
Bu mexanizm qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.