Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi akt qəbul etməsi üçün hüquqi əsaslar müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu orqanlar yalnız Prezident aktları ilə səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ akt qəbul edə bilərlər.
Zəruri hallarda Nazirlər Kabinetinin aktı da hüquqi əsas kimi çıxış edə bilər.
Bu qayda normayaratma səlahiyyətlərinin sərhədlərini müəyyən edir.
