Dəmir yolu avtomatika və telemexanika üzrə xidməti-texniki binaların vağzal binaları ilə bloklaşdırılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Vağzal binasında xidməti və texniki otaqların yerləşdirilməsi müəyyən edilmiş tələblərə əməl olunmaqla mümkündür.
Kiçik vağzal binalarında qatarların hərəkətinin idarəetmə dispetçer məntəqəsinin yerləşdirilməsinə də yol verilir.
Həmin binalarda rele və texnoloji rabitə düyünü kimi texniki otaqlar da nəzərdə tutula bilər.
Bu otaqların yerləşdirilməsi vağzalın funksional və texniki xüsusiyyətlərinə uyğun həyata keçirilməlidir.
