Fasad divarlarında şəffaf fasad sistemləri tətbiq edilərkən daxili tərəfdən hündürlüyü ən azı 1,2 metr olan məhəccər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Fasad zərbəyədavamlı şüşədən hazırlanarsa, məhəccərin quraşdırılmamasına yol verilir.
Bu halda konstruksiyanın təhlükəsizliyi daxildən şüşəyə zərbə yüklərinin hesablama təsiri nəzərə alınmaqla təmin edilməlidir.
Şüşələnmə elementlərinin və onların binaya birləşmə sistemlərinin təhlükəsizliyi də ayrıca təmin olunmalıdır.
Fasad şüşələrinin və işıqlandırma fənərlərinin təmizlənməsi üçün stasionar avadanlığın bərkidilməsi və ya müvəqqəti quraşdırılması imkanları layihədə nəzərdə tutulmalıdır.