Vağzalın yanğından mühafizə sistemlərinin idarə edilməsi ünvanlı olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğından mühafizə sistemlərinin idarə edilməsi TNvəQ 2.04.09-un tələblərinə uyğun həyata keçirilməlidir.
Bu idarəetmə mərkəzi idarəetmə pultundan həyata keçirilməlidir.
Sistem insanların vaxtında təxliyəsinə və yanğının təhlükəli amillərindən mühafizəsinə imkan verməlidir.
Həcm-planlaşdırma və texniki həllər də bu məqsədə uyğun hazırlanmalıdır.
