Vağzal kompleksinin yeraltı və yerüstü mərtəbələri arasında texnoloji əlaqəni təmin edən pilləkən qəfəsləri və lift şaxtalarının müəyyən şərtlərlə layihələndirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə pilləkən qəfəsləri və lift şaxtaları təxliyə yollarının hesabına daxil edilməməlidir və yerüstü üçüncü mərtəbədən yuxarı yerləşdirilməməlidir.
Yeraltı mərtəbələrin sayı iki və ya daha çox olduqda pilləkən qəfəsləri ikinci və ya üçüncü tip tüstülənməyən, lift şaxtaları isə yanğın zamanı hava basqılı olmalıdır.
Pilləkən qəfəslərinin birbaşa xaricə, vestibülə və ya həyətə aparan dəhlizə çıxışı olduqda onlar təxliyə pilləkəni hesab edilə bilər.
Yerüstü mərtəbələrin təxliyəsi və xidməti üçün lift və pilləkənlərə keçid hava basqılı tambur vasitəsilə həyata keçirilməlidir.