Vağzal kompleksi binalarının və otaqlarının partlayış-yanğın və yanğın təhlükəliliyi kateqoriyaları normativ tələblərə uyğun müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb.
Vağzal binalarının odadavamlılıq dərəcəsi də DTN 2.02-01-in tələbləri əsasında seçilməlidir.
Əhalisi bir milyondan çox olan şəhərlərdə vağzal binaları üçün bir yanğının söndürülməsinə tələb olunan su sərfi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti ilə razılaşdırılmalıdır.
Yanğın əleyhinə su mənbələri keçidlərin işıqlandırılmayan hissəsində yerləşdikdə həmin keçidlər üçün xarici işıqlandırma nəzərdə tutulmalıdır.
Bu keçidlərin üfüqi orta işıqlandırılması 2 lk, yanğınsöndürmə maşınlarının keçid yollarında isə ən azı 5 lk olmalıdır.
