Yanğından mühafizə sistemi ilə təchiz olunan vağzal binalarında atriumların layihələndirilməsinə yol verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Atrium və binanın bütün yanğın bölmələrində avtomatik yanğınsöndürmə, tüstü-yanğın siqnalizasiyası və tüstüsovurma sistemləri quraşdırılmalıdır. Atriumun hündürlüyü 17 metrdən çox olduqda sprinkler çiləyiciləri atrium örtüyündə deyil, daxili məkana çıxan konstruksiyaların altında yerləşdirilməlidir. Atriuma çıxan otaqların azı iki təxliyə yolu və azı iki təxliyə çıxışı olmalıdır. Atriumun örtük konstruksiyaları yanmayan materiallardan hazırlanmalı, daxili səthlərin üzlənməsində də əsasən yanmayan materiallardan istifadə edilməlidir.