Vağzal binalarında təhlükəsizliyin təmin edilməsi və sərnişinlərin məlumatlandırılması üçün xüsusi nişanlar və piktoqramlar nəzərdə tutulmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Xidmət sahələrinə girişlər, təhlükəli ərazilər və çıxıntılı konstruksiyaların dayaqları təhlükəsizlik nişanları ilə işarələnməlidir. Döşəmə səviyyəsində dəyişikliklər, çıxış istiqamətləri və rabitə vasitələrinin yerləşdiyi sahələr də müvafiq işarələrlə göstərilməlidir. Yanğından mühafizə vasitələrinin və ilk tibbi yardım üçün nəzərdə tutulan otaqların yerləşdiyi sahələr də nişanlarla müəyyən edilməlidir. Təhlükəsizlik işarələri sərnişinlərin vağzal daxilində düzgün istiqamətləndirilməsi və fövqəladə hallarda məlumatlandırılması məqsədi daşıyır.
