Qeyri-qanuni hərəkətlər nəticəsində hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular əvvəlki rütbələrinə bərpa edilə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Hərbi rütbədən məhrum edilmiş şəxslərin də əvvəlki hərbi rütbəyə bərpası məhkəmənin qərarı ilə həyata keçirilir. Qanunsuz hərbi xidmətdən buraxılma, həbs və məhkumluqla bağlı müəyyən dövrlər hərbi xidmət müddətinə daxil edilir. Bu dövrlər həmçinin hərbi rütbədə olma və müvafiq vəzifələrdə xidmət illərinin hesablanmasında nəzərə alınır.
