Hərbi qulluqçunun yeni ixtisas üzrə istifadə olunması zəruri olduqda onun əvvəlcədən müvafiq hazırlıq keçməsi nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Hərbi qulluqçular, bir qayda olaraq, vəzifəyə təyin edilməzdən əvvəl müvafiq kurslarda və ya təlim toplanışlarında yenidən hazırlıq keçməlidirlər. Ali və orta hərbi təhsil müəssisələrini bitirən hərbi qulluqçular isə, bir qayda olaraq, buraxılışdan sonra qoşunlara təyin edilirlər. Ehtiyatdan həqiqi hərbi xidmətə təyin olunan hərbi qulluqçular da, bir qayda olaraq, xidmətə başladıqdan sonra qoşunlara göndərilirlər.
