Müddətdən artıq həqiqi hərbi xidmət hərbçilərinin, gizir və miçmanların vəzifələrə təyin edilməsində bir sıra meyarlar nəzərə alınır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Təyinat zamanı hərbi qulluqçunun xidməti ixtisası, iş təcrübəsi, işgüzarlığı və mənəvi keyfiyyətləri əsas götürülür. Təyinat müvafiq hərbi xidmətə qəbul etmək hüququ olan komandir və rəislərin əmrləri ilə həyata keçirilir. Xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini və gizir, miçman məktəblərini bitirən hərbi qulluqçuların vəzifəyə təyin edilməsi üzrə səlahiyyət isə müvafiq icra hakimiyyəti orqanına aiddir.
