Ehtiyat siyahısına daxil edilmiş hərbi qulluqçular bərabər vəzifəyə keçirilərkən onların xidmət xasiyyətnaməsində müvafiq qeyd aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Qeyddə hərbi qulluqçunun əvvəlki xidmət yerində ehtiyatda olması göstərilir.
Ehtiyatın yaradılması əsasən gələcəkdə yuxarı vəzifəyə irəli çəkilməsi və ya təhsil almağa göndərilməsi nəzərdə tutulan şəxslərlə bağlıdır.
Bu mexanizm hərbi qulluqçuların xidmət üzrə inkişafının əvvəlcədən planlaşdırılmasına imkan verir.