Cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi də hərbi qulluqçunun başqa hissəyə keçirilməsinə əsas ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Belə yerdəyişmə dövlət orqanının müvafiq qərarı əsasında həyata keçirilir.
Bundan başqa, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, gizirlər, miçmanlar və qadın hərbi qulluqçular razılıqları olduqda başqa hərbi hissələrə və qarnizonlara keçirilə bilərlər.
Bu zaman onların köçürülmə müavinətinin ödənilməsi və yeni hərbi hissədə vakant vəzifənin olması şərtdir.