Hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi qulluqçuların attestasiyası keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Attestasiya müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, eləcə də hərbi təhsil müəssisələrinin kursantlarına şamil edilmir.
Attestasiya zamanı hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətləri, tutduğu vəzifəyə uyğunluğu və xidmətdə istifadə perspektivi qiymətləndirilir.
Həmçinin xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı müəyyən edilir.
