Normativ hüquqi aktların adlandırılması və mətninin tərtibinə dair qaydalar müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Aktın adı qısa, aydın və onun mahiyyətini əks etdirən formada olmalıdır.
Normalar əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir.
İstifadə olunan termin və anlayışlar isə aydın və birmənalı olmalıdır.
