Normativ hüquqi aktların strukturuna dair əlavə tələblər müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Qanunlar maddələrə, digər normativ hüquqi aktlar isə hissələrə bölünür.
Məcəllələrdə mündəricatın verilməsi məcburidir.
İri həcmli digər normativ hüquqi aktlarda da mündəricat təqdim oluna bilər.
