Normayaratma təşəbbüsünün subyektləri öz səlahiyyətlərinə uyğun olaraq normativ hüquqi aktlarla bağlı müxtəlif təkliflər təqdim edə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Onlar normativ hüquqi akt layihəsinin və ya onun hər hansı struktur elementinin qəbul edilməsi, dəyişdirilməsi, şərh olunması, qüvvəsinin dayandırılması və ya ləğvi barədə təkliflər verə bilərlər.
Bu təkliflər Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq normayaratma orqanına təqdim edilir.
Normayaratma təşəbbüsünün subyekti olmayan dövlət orqanları, vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər isə təkliflərini qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanlarına təqdim edə bilərlər.