Normativ hüquqi akt layihəsinin razılaşdırılması yazılı formada razılığın verilməsi və ya verilməməsi yolu ilə həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Dövlət orqanı mövcud irad və təkliflərini əsaslandırmalı, razılaşmadığı normativ göstərişlərlə bağlı mövqeyini bildirməlidir.
Digər üsul dövlət orqanının rəhbəri və ya onun vəzifələrini icra edən şəxs tərəfindən layihənin vizalanmasıdır.
İrad və təkliflər olduqda onlar əsaslandırılmalı və təklif edilən redaksiya layihəyə əlavə edilməlidir.
