Normativ hüquqi aktın qəbul edilməsinin zərurətinin əsaslandırılmasında layihənin hazırlanmasının məqsədləri göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Əsaslandırmada layihənin mövcud hüquqi tənzimləmədə dəyişiklik edən struktur elementlərinin hüquqi tənzimləmə predmeti də açıqlanmalıdır.
Həmçinin qanunvericilik və onun tətbiqi təcrübəsi, xarici dövlətlərin qanunvericiliyi, mediada dərc olunmuş materiallar və fiziki və hüquqi şəxslərin müraciətləri təhlil edilməlidir.
Bu təhlillər layihənin hazırlanması üçün hüquqi və praktiki əsasların müəyyənləşdirilməsinə xidmət edir.
