“Uzak Şehir” serialında Sadakat Albora obrazını canlandıran Gonca Cilasun yeni mövsüm çəkilişləri öncəsi maraqlı addımı ilə gündəmə gəlib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 60 yaşlı aktrisa tandem paraşütlə tullanaraq adrenalin dolu anlar yaşayıb.

Təlimatçı ilə birlikdə təyyarədən tullanan Cilasun sərbəst eniş zamanı olduqca rahat və əyləncəli görünüb. Onun üzərindəki geyimdə Türkiyə bayrağının əks olunması da diqqətdən yayınmayıb.

Aktrisanın paraşütlə tullanma görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Serialda sərt və avtoritar xarakteri ilə tanınan Sadakat obrazından fərqli olaraq, Gonca Cilasun real həyatda macərapərəstliyi ilə izləyicilərini təəccübləndirib.

Aktrisa daha əvvəl yüksəklik qorxusunun olduğunu, buna baxmayaraq qorxularının üzərinə getməyi sevdiyini bildirib.