ABŞ Prezidenti Donald Tramp Kanada rəhbərliyini sərt şəkildə tənqid edib və Vaşinqtonla Ottava arasında münasibətlərin daha da pisləşə biləcəyini bildirib.

Heftelik.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib.

Tramp Kanadanın Ontario əyalətinin rəhbəri Duqlas Fordun ABŞ administrasiyasını tənqid edən açıqlamalarına münasibət bildirib.

O, Kanada Baş naziri Mark Karnini də tənqid edərək, onu istehzalı şəkildə “qubernator” adlandırıb.

Tramp Kanadanın iqtisadi baxımdan ABŞ-dan asılı olduğunu və ölkənin enerji resurslarının bir hissəsinin ABŞ ərazisindən nəql edildiyini vurğulayıb.

ABŞ Prezidenti Kanada rəhbərlərini “klounlar” adlandıraraq, onların mövqelərini dəyişməməsi halında ölkə üçün nəticələrin daha ağır ola biləcəyini bildirib.