Avqustun 21-i Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Xalq artisti Şükufə Yusupovanın müalicəsi palata şəraitində davam etdirilir.
Heftelik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Şükufə Yusupovanın vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, avqustu 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub. O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Xalq artisti Şükufə Yusupovanı maşın vurdu, reanimasiyadadır
