Hərbi qulluqçuların attestasiyası zamanı onların xidmətdə və davranışda şəxsi nümunəviliyi nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Attestasiya işləri hərbçilərdə tapşırılmış işə görə yüksək məsuliyyət hissinin formalaşdırılmasına yönəldilməlidir.
Bu proses zamanı şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı və hərbi intizamın möhkəmləndirilməsi üzrə təşkilatçılıq bacarıqlarının inkişafı da diqqətdə saxlanılır.
Beləliklə, attestasiya yalnız fərdi keyfiyyətlərin deyil, hərbi qulluqçunun xidmət nəticələrinin kompleks qiymətləndirilməsini nəzərdə tutur.
