Xidmət yeri dəyişdirilən hərbi qulluqçular yeni xidmət yerinə müəyyən edilmiş müddətdə göndərilməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Hərbi qulluqçu işlərini və vəzifəsini təhvil verdikdən sonra yerdəyişmə haqqında əmr və ya yazılı bildiriş aldığı gündən bir aydan gec olmayaraq yeni xidmət yerinə ezam olunmalıdır.
Bu müddəa hərbi qulluqçunun növbəti məzuniyyətdə və ya müalicədə olduğu hallara şamil edilmir.
Beləliklə, xidmət üzrə yerdəyişmələrin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi təmin edilir.
