Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin edilməsini həmin qurumların rəhbərləri həyata keçirirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb.
Təyinat və xidmət üzrə yerdəyişmə ezamiyyətin məqsədinə uyğun aparılır və bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verilir.
Həmin hərbi qulluqçulara bütün növ təminatlar hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada işlədikləri təşkilatların hesabına verilir.
Onların müəyyən edilmiş xidmətkeçmə qaydalarına riayət etməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
