Gizir və miçmanların çatışmadığı hallarda onların vəzifələrinin müvəqqəti olaraq digər hərbi qulluqçularla komplektləşdirilməsinə imkan yaradılır. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Belə vəzifələrə müddətli və müddətdən artıq həqiqi hərbi xidmət keçən ən yaxşı, qüsursuz və intizamlı çavuşlar təyin edilə bilərlər. Həmçinin baş çavuşların da bu vəzifələrə müvəqqəti təyin olunmasına yol verilir. Bu qayda hərbi hissələrdə müvafiq vəzifələrin boş qalmasının qarşısının alınmasına xidmət edir.