Hərbi qulluqçuların xidmət yerlərinin dəyişdirilməsi bir sıra hallarda həyata keçirilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Belə dəyişikliklər təşkilati tədbirlər, təhsil almağa göndərilmə, səhhət vəziyyəti, intizam tədbirləri və vəzifənin aşağı salınması ilə bağlı ola bilər. Xidmət yerinin dəyişdirilməsi, bir qayda olaraq, yay və qış təlim dövrləri başa çatdıqdan sonra həyata keçirilir. Hərbi və mülki təhsil müəssisələrinin müvafiq heyəti üçün isə yerdəyişmələr tədris ili başa çatdıqdan sonra aparılır.