Hərbi vəzifələr və həmin vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin ştatlarında nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə əksini tapıb. Bu qayda gəmilərə, idarəetmə orqanlarına, idarələrə və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə də şamil edilir. Ali zabitlərin tutmalı olduqları vəzifələrin vahid siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Digər hərbi qulluqçuların tutmalı olduqları vəzifələrin siyahıları da müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.