Vağzallarda platformalarda, enişlərdə və sərnişinlərin hərəkət etdiyi keçidlərdə təhlükəsiz konstruksiyalar tətbiq edilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Çəpərlər, məhəccərlər, sürahilər və digər çıxıntılı konstruksiyalar sərnişinlərə xəsarət yetirə biləcək iti künc və çıxıntılara malik olmamalıdır. Təxliyə yolları və piyada tunelləri vizual səmtləşməni təmin edəcək şəkildə layihələndirilməlidir. Hərəkət yollarında görünüşü məhdudlaşdıran iti bucaqlı döngələrin yaradılmasına yol verilməməlidir. Bu tələblərin sərnişinlərin gündəlik hərəkəti və fövqəladə hallarda təhlükəsiz təxliyəsi baxımından nəzərə alınması tələb olunur.