Vağzal binalarında yanğın əleyhinə su kəmərinin layihələndirilməsi müəyyən edilmiş tikinti normalarına uyğun aparılmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Dəmiryol vağzalları. Layihələndirmə normaları”nda əksini tapıb. Həcmi 5000 kubmetr və daha böyük olan vağzal binalarında daxili yanğınsöndürmə su kəmərləri quraşdırılmalıdır. Binanın həcmi 5000-25 000 kubmetr olduqda daxili yanğınsöndürmə üçün su sərfi saniyədə 2,5 litr, 25 000 kubmetrdən çox olduqda isə saniyədə 5 litr qəbul edilməlidir. Xarici yanğınsöndürmə quyularda, rezervuarlarda və ya su hövzələrində quraşdırılan hidrantlar vasitəsilə həyata keçirilməlidir. Yanğın hidrantları avtomobil yollarının hərəkət hissəsinin kənarından 2,5 metr, binanın xarici divarından isə 5 metrdən yaxın məsafədə yerləşdirilməməlidir.
